Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyun keçiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, yanvar 18-də kişi voleybolçuların Yüksək Liqasında ikinci dövrə çərçivəsində 9-cu turun MOİK – “AZERRAIL” qarşılaşması baş tutacaq.
GİN-nin Voleybol Mərkəzində təşkil olunan oyun saat 16:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.