Karlo Ançelottini oğlu Deyvid Ançelottiyə Səudiyyə Ərəbistanından baş məşqçilik təklifi gəlib.
İdmanxeber.az jurnalist Mario Kartagenaya istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu təklifi qəbul etməyib.
Gənc çalışdırıcı hazırda atasının yanında – “Real”da işləyir. O, “kral klubu”nu tərk etməyi düşünmür.