“Sabah” Premyer Liqanın 19-cu turu çərçivəsində keçiriləcək “Neftçi” görüşünə ciddi itki ilə çıxacaq.
İdmanxeber.az-a verilən məlumata görə, komandanın müdafiəçisi Amin Seydiyev “ağ-qaralar”a qarşı forma geyinə bilməyəcək. Buna səbəb oyunçunun cəzalı olmasıdır. Seydiyev 4 sarı vərəqə alaraq cəza limitini doldurub.
“Sabah” – “Neftçi” qarşılaşması sabah saat 16:00-da “Bank Respublika Arena”da oynanılacaq.