“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan çempionatında tətbiq olunan VAR-la bağlı narazılığını bildirib.
İdmanxeber.az xəbər verir ki, o, bununla bağlı İnstaqramdakı rəsmi səhifəsində paylaşım edib. Paylaşımda “Səbail” – “Zirə” matçında (0:0) qonaq komandanın futbolçusu Rüstəm Əhmədzadəyə qarşı ayaqla sərt toxunuşun penalti kimi qeydə alınmaması əks olunub.
Həmin epizoda Sadıqov sosial şəbəkələrdə yayılan və izləyicilərin də marağına səbəb olan video ilə etiraz edib. O, paylaşımına “Zirə”nin oyunlarında” şərhini yazıb.
“Səbail” – “Zirə” oyunun baş hakimi Fərid Hacıyev olub. O, VAR-a baxdıqdan sonra R.Əhmədzadəyə qarşı epizodu qayda pozuntusu kimi qeydə almayıb.