”Yuventus” heyətini gənc argentinalıyla gücləndirir.
İdmanxeber.az-ın məlumatına görə, “qoca sinyora” “Sauthempton”ın oyunçusu Karlos Alkarası transfer edir. Turin klubu oyunçunu 40 milypn avro satınalma məbləğiylə birlikdə icarəyə götürəcək.
Alkaras bu mövsüm Çempionşipdə 26 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.