“Mançester Yunayted” heyətini gənc oyunçuyla gücləndirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” “Kopenhagen”in oyunçusu Runi Bardeqdjini transfer etmək istəyir.
18 yaşlı oyunçu İsveçin U-21 millisində çıxış edir. Runi “Kopenhagen”in əsas komandasında 71 oyuna çıxıb və 15 qol vurub.