Futbol üzrə Azərbaycan millisi Albaniya ilə yoldaşlıq görüşü keçirəcək.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma iyunun 7-də Avstriyanın Qrats şəhərində təşkil olunacaq və yerli vaxtla saat 20:45-də başlayacaq. Bu, AVRO-2024-ə hazırlıq çərçivəsində Albaniyanın son sınaq matçı olacaq.
Albaniya yığması Avropa çempionatının B qrupunda İspaniya, Xorvatiya və İtaliya ilə mübarizə aparacaq.