Premyer Liqanın 30-cu turu çərçivəsində “Kəpəz” “Səbail”in qonağı olub.
İdmanxeber.az-ın məlumatına görə, altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 3:3. Gəncə təmsilçisi son dəqiqələrdə vurduğu qolla səfərdən bir xalla ayrıla bilib.
Görüşün ardından isə xoşagəlməz hadisə yaşanıb. Belə ki, “Kəpəz”in baş məşqçisi Adil Şükürov həmkarı ilə görüşmək istəsə də, Şahin Diniyev ona arxasını çevirərək oradan uzaqlaşıb.