Ölkə futbolu

Adil Şükürov: “Yəqin Şahin müəllim əsəbi olub“

– Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik. Bizdən gözləntilər çox idi. Birinci hissədə komanda çox yaxşı futbol oynadı. Bunun nəticəsində 2 qol vurduq. Gözlənilməz əvəzetmələr oldu. Bundan sonra oyunumuzda düşüş hiss olunurdu. İkinci hissənin əvvəlində diqqətsizlikdən qollar buraxdıq. Son dəqiqələrdə Mate Kvirkiyanın vurduğu mükəmməl qolla 1 xal qazandıq.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Səbail” – “Kəpəz” görüşündən sonra keçirilən mətbuat konfrasında qonaqların baş məşqçisi Adil Şükürov deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– İlk hissədəki qələbə gözəl idi, yoxsa son dəqiqə qolu ilə qazanılan 1 xal?

– Birinci hissədə qələbəyə daha yaxın idik. Mükəmməl qoldan sonra heç-heçə də bizim üçün xoş oldu.

– İkinci hissədə müdafiə xəttində nə baş verdi?

– Fasilədə futbolçulara tapşırdıq ki, diqqətli olun, oyun hələ bitməyib. Ani diqqətsizlik oldu. Komanda tam olaraq özünə gəlməmiş 2-ci qolu buraxdıq.

– Təbii örtüklü meydançada məşq edirsiz. Bu gün süni meydançada oynadız. Zədələrin bununla əlaqəsi var?

– “Səbail”in stadionunun ot örtüyü bir az fərqlidir. Burada oynamaq çətin olur. Tovuzda da süni örtükdə oynayırıq, amma belə zədələr olmur.

– Şahin Diniyev oyundan sonra sizinlə görüşmədi. Nə baş verib?

 – Heç bir şey olmayıb. Yəqin Şahin müəllim əsəbi olub. Burada problem yoxdur.

– Hakimlikdən razı qaldız?

– Hakimlik haqda çox danışmağa dəyməz. Onlar da insandır. Baxış bucaqları fərqli ola bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43