”Roma”nın oyunçusu Paulo Dibala bir çox komandanın diqqət mərkəzindədir.
İdmanxeber.az məlumat verir ki, argentinalı futbolçuyla “Barselona” və “Çelsi” yaxından maraqlanır. Argentinalının “Roma” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Dibala bu mövsüm bütün turnirlərdə 31 oyuna çıxıb, 14 qol vurub və 9 məhsuldar ötürmə edib.