Dünya futbolu

MY və “Yuventus” oyunçuları dəyişə bilər

”Mançester Yunayted” “Yuventus”un müdafiəçisi Bremeri transfer etmək istəyir.

İdmanxeber.az məlumat verir ki, “qırmızı şeytanlar” braziliyalı müdafiəçi üçün “qoca sinyora”ya Meyson Qrinvudu önərib. Bu barədə xəbəri “Gazzetta dello Sport“ verib. Tərəflər arasında danışıqlar davam edəcək.

Bremer 2022-ci ilin yayından “Yuventus”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb və 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43