Mayın 1-də baş tutan Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər açıqlanıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Bildirilib ki, iclasda Misli Premyer Liqasının 2024-2025-ci illər mövsümünün formatı, Misli Premyer Liqasının 2024-2025-ci illər mövsümündə legioner limiti, Əvəzedicilər çempionatının 2025-2026-cı illər mövsümünün formatı, Dövlət tərəfindən futbolun inkişafı ilə bağlı klublara ayrılan vəsaitin meyarlarının müzakirəsi, eləcə də Misli Premyer Liqasının cari mövsümündə hakim idarəçiliyi ilə bağlı fikir mübadiləsi aparılıb.