İtaliyanın “Fiorentina” klubu “Leççe”nin müdafiəçisi Marin Ponqraçiçi transfer etdiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, müqavilənin şərtləri açıqlanmayıb. Futbolçu ötən mövsüm “Leççe”nin heyətində 38 oyuna çıxıb. O, Avropa çempionatında Xorvatiya millisinin iki oyununda iştirak edib.
“Transfermarkt” portalı 26 yaşlı xorvatiyalının dəyərini 7 milyon avro qiymətləndirir.