“Qarabağ” Çempionlar Liqası II təsnifat mərhələsində “Linkoln” səddini keçəcəyi təqdirdə mümkün rəqibləri bəllidi.
İdmanxeber.az-ın məlumatına görə, iyulun 22-də keçiriləcək püşkatmada III turun cütlükləri bəlli olacaq. Ağdam klubu bu mərhələdə də səpələnmişlər siyahısında yer alacaq.
Bu turun oyunları avqustun 6-7-də və 13-də keçiriləcək.
“Qarabağ”ın ÇL-in 3-cü təsnfiat mərhələsindəki mümkün rəqibləri:
“Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi
“Santa Koloma” (Andorra) – “Midtyullann” (Danimarka) cütünün qalibi
“Şemrok Rovers” (İrlandiya) – “Sparta” (Çexiya) cütünün qalibi
“Malmö” (İsveç) – “Klaksvik” (Farer adaları) cütünün qalibi
APOEL (Kipr) – “Petrokub” (Moldova) cütünün qalibi
“Panevejis” (Litva) – “Yagellonya” (Polşa) cütünün qalibi