Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanovun yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, 39 yaşlı veteran futbolçu karyerasını yenidən II liqada oynayacağı dəqiqləşən “Şəfa”da davam etdirəcək. Artıq tərəflər arasında razılaşma olub və yaxın günlərdə müqavilə imzalanacaq.
Qryd edək ki, Ruslan Əmircanovun son klubu 2023/2024 mövsümünü II liqada keçirmiş “Cəbrayıl” olub.