“Qalatasaray”ın cinah futbolçusu Barış Yılmaz karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı türklə “Liverpul” maraqlanır. Daha əvvəl “Zenit”in Yılmaz üçün “Qalatasaray”a 30 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.
Ötən mövsüm futbolçu 55 matça çıxıb, 7 qol vurub, 12 məhsuldar ötürmə edib. Avro 2024-də futbolçu beş oyun keçirib.