“Barselona” bu yay hansı mövqelərə oyunçu alacağını dəqiqləşdirib.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik Avro-2024-ün qalibi olmuş İspaniya millisindən üç futbolçu almaq istəyirlər. Katalonların qısa siyahısına “Atletik”inin vingeri Niko Uilyams, “Real Sosyedad”ın yarımmüdafiəçisi Mikel Merino və “Leypsiq”in yarımmüdafiəçisi Daniel Olmo daxildi.
“Barselona” 2023/24 İspaniya çempionatında La Liqada keçirdiyi 38 oyundan 85 xal toplayaraq ikinci yeri tutub.