Azərbaycanın daha bir idmançısı “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
İdmanxeber.az-ın məlumatına görə, pauerliftinq üzrə milli komandanın üzvü Ceyhun Mahmudov (54 kiloqram) nüfuzlu yarışda iştirak edəcək.
MPK tərəfindən göndərilən sorğu əsasında 2023-cü ildə Dünya Kubokunun qalibi olmuş idmançıya Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.