İspaniya millisində Avropa çempionu olan Niko Uilliams “Atletik”dən (Bilbao) ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu Avropanın böyük klublarının hədəfindədi. Konkret olaraq “Barselona” 22 yaşlı vingerin xidmətlərində maraqlıdı.
İspaniya mətbuatı yazır ki, Kataloniya klubu gənc futbolçu ilə bütün məsələlərdə razılaşib və onun transferinin açıqlanması an məsələsidi.