Millətlər Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində Portuqaliya – Xorvatiya oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, görüş ev sahibinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyundakı qollardan birini Kriştiano Ronaldo olub. Ulduz futbolçu bununla karyerasındakı rəsmi oyunlarda vurduğu 900-cü qola imza atıb.
Millidə 131 dəfə fərqlənməyi bacaran Kriştiano bu göstəriciyə görə rekordçudur. İkinci yeri 109 qolla argentinalı Lionel Messi tutur.