20 Sentyabr 2024
Ölkə futbolu

Millimiz Belarusa böyük hesabla məğlub oldu

15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Belarus komandasının 8:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 86-cı dəqiqədə Könül Hüseynova vurub.

Turnir çərçivəsində bu gün keçirilən digər oyunda Rusiya yığması Özbəkistan seçməsini 9:0 hesabı ilə məğlub edib.
Azərbaycan milli komandası növbəti oyununu sentyabrın 19-da Özbəkistan yığmasına qarşı keçirəcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43