19 Sentyabr 2024
Dünya futbolu

Adı “Qarabağ”la hallanan ulduz futbolçu qərar verə bilmir

Daha əvvəl adı “Qarabağ”la hallanan sabiq “Qalatasaray”lı Yunes Belhanda “Trabzonspor”a keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi Trabzon təmsilçisində oynamağa müsbət yanaşsa da, qərar verməyə tələsmir. O, başqa təklifləri də gözdən keçirmək istəyir.

“Trabzonspor” isə onun azad agent statusu daşımasından yararlanmaq niyyətindədi. Tərəflər arasında danışıqlar son mərhələdədi.

Qeyd edək ki, futbolçunun transfer dəyəri “transfermarkt”da 1.7 milyon avro civarında dəyərləndirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43