Kateqoriyasız

AFFA bu klubların divizionda iştirakına icazə vermədi

“Füzuli”, “Ağsu Siti”, “Göyəzən”, “İrəvan”, “Qobustan” və “Bakılı” klubları 1-ci divizionda iştirak üçün AFFA-ya müraciətlər ünvanlayıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, bununla bağlı müvafiq qaydada araşdırma aparılıb.

Bildirilib ki, sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və Peşəkar Futbol Liqası tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyən olunub. Beləliklə, tələb olunan meyarlara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət etmiş klubların 2022/2023 mövsümündə 1-ci divizionda çıxışı təmin olunmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43