İdman

AFFA-da yeni dəyişikliklərin olacağı gün bəlli oldu

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib.

Idmanxeber.com-un qurumun saytına istinadən yaydığı xbərə görə, martın 7-də, saat 10:00-da AFFA-nın növbəti Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
 
– Prezident tərəfindən salamlama
– Yığıncağın tərkibinin yoxlanılması
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
– Maliyyə hesabatının təsdiq olunması
– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
– Növbəti ilin büdcəsinin təsdiq olunması
– Hər hansı vakant vəzifəyə seçkilər
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması
– Digər məsələlər


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43