İdman

Millimizin futbolçusu zədə aldı, “Beşiktaş”la görüşü buraxmaq məcburiyyətində qalacaq

Millimizin və Türkiyənin “Gənclərbirliyi”nin forvardı Deniz Yılmaz məşq zamanı zədələnib.

İdmanxeber.com-un məlumatına görə, bu isə o deməkdi ki, hücumçumuz bu gün Türkiyə kubokunun 1/8 final mərhələsinin görüşləri çərçiəsində qarşılaşacaqları “Beşiktaş”a qarşı forma geyinə bilməyəcək.

Qeyd edək ki, “Gənclərbirliyi” – “Beşiktaş” görüşü bu gün keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşmada “qara qartallar” 3:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43