Kateqoriyasız

AFFA-dan geri addım

Həvəskarlardan ibarət “Binə” Futbol Klubu Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək 28 may 2014-cü il tarixdə Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” – “Çağırğan” oyununda baş vermiş insidentlə bağlı olaraq AFFA İntizam Komirəsinin 03.06.2014-cü il tarixli 45 saylı protokolunda qeyd edilmiş qərarlara yenidən baxılmasını xahiş edib.  Apellyasiya və Ekspert Komitəsi insidentin daha ətraflı araşdırılması üçün İntizam Komitəsinə məktub ünvanlayıb.

28 may 2014-cü il tarixində Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” – “Çağırğan” oyununda baş vermiş insident AFFA İntizam Komitəsi tərəfindən yenidən araşdırılıb və yuxarıda qeyd edilənlər nəzərə alınaraq qərara alınıb:

1. AFFA İntizam Komitəsinin 03.06.2014-cü il tarixli 45 saylı protokolunda göstərilən qərarlar qüvvədə saxlanılsın.

2. Yuxarıda qeyd olunan insidentin Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyində baş verməsini nəzərə alınaraq “Binə” komandasına AHFF-nin keçirdiyi XVI Ölkə Kuboku yarışlarında çıxışını davam etdirməsinə icazə verilsin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43