Kateqoriyasız

“Neftçi”dən ilk transfer: braziliyalı hücumçu 2 il paytaxt klubunda – RƏSMİ

“Neftçi” klubunun maraq dairəsində olan braziliyalı futbolçu Kaue Sesilyo da Silva  tam tibbi müayinədən keçib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, müayinədən uğurla keçən  braziliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 25 yaşlı Kaue Sesilyo da Silva peşəkar futbolçu karyerasına vətəni Braziliyada başlayıb. Yarımmüdafiəçi 2010-2012-ci illərdə Portuqaliya çempionatında çıxış edib. Kaue son iki mövsümdə Rumıniyanın “Vasluy” klubunun şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43