Dünya futbolu

Verratti “Barselona”ya önərilib

Qətərin “Əl-Ərəbi” klubunda çıxış edən Marko Verratti “Barselona”ya önərilib.

İdmanxeber.az məlumat verir ki, Katalon klubu italiyalı yarımmüdafiəçinin Qətərə transferindən sonra fiziki cəhətdən nə qədər hazır vəziyyətdə olduğu barədə narahatdır.

Verratti ötən yay PSJ-ni tərk edərək “Əl-Ərəbi”yə transfer olub. O, burada 17 oyuna çıxıb və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43