Dünya futbolu

Modriç ilə daha bir il…

”Real” Luka Modriçin müqaviləsini uzadacaq.

İdmanxeber.az məlumat verir ki, xorvatiyalı yarımmüdafiəçi karyerasına “Real”da davam edəcək. Tərəflər bu yay bitəcək müqaviləni daha 1 il artıracaq.

Modriç 2012-ci ildən “Real”da çıxış edir. O, klub tarixində ən çox oyuna çıxan 12-ci oyunçudur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43