Ölkə futbolu

“Sumqayıt”ın hücumçusu zədələndi

“Sumqayıt” “Kəpəz”lə oyuna itki ilə çıxa bilər.

İdmanxeber.az saytına verilən məlumata görə, “kimyaçılar”ın hücumçusu Kamran Quliyev dünən məşq zamanı zədələnib. Futbolçunun qarşıdakı turda Gəncə klubuna qarşı oynayıb-oynamayacağı bəlli deyil.

Onun son durumu həkimlərin yoxlanışından sonra bəlli olacaq.

Xatırladaq ki, “Kəpəz” – “Sumqayıt” matçı mayın 4-də, saat 16:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43