Ölkə futbolu

“Qarabağ”a qol vurdu, həyat yoldaşı ilə sevindi – FOTOLAR

Azərbaycan Premyer Liqasının 32-ci turunda “Sumqayıt” doğma meydanda “Qarabağ”ı məğlub edib – 1:0. Görüşdə yeganə qolu “kimyaçılar”ın legioneri Roi Kehat vurub.

İsrailli futbolçu qələbənin ardından ailə üzvləri ilə böyük sevinc yaşayıb. O, sosial şəbəkə hesabından həyat yoldaşı Gil Kehatla şəkillərini paylaşaraq, hisslərini ifadə edib:

Futbolda xatirələr çox tez keçir. Bu qələbəni şəkillərlə qalıcı etmək istədim. Sənin stadİona gəlməyin o qədər önəmlidir ki, həyəcandan bütün bədənim əsir. Bu, sənə etdiyim evlilik təklifi kimi həyəcanlı bir zəfər idi.

Hər şeyi sizinlə yaşadığım üçün Tanrıya təşəkkür edirəm. Ümid edirəm ki, karyeramda belə xatirələrim çox olacaq”.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43