İdman

Miyatoviç “Anadolu Efes”lə 2 illik müqavilə imzaladı

Tomislav Miyatoviç “Anadolu Efes”lə iki illik müqavilə imzalayıb.

İdmanxeber.az məlumat verir ki, İstanbul klubu Xavyer Paskual, Giorgios Spanulis, Duşan Alimpiyeviçlə maraqlansa da, xorvatiyalı baş məşqçi ilə davam etməyə qərar verib.

Xatırladaq ki, Miyatoviç müvəqqəti olaraq komandaya başçılıq edirdi. Onun rəhbərliyi altında “Anadolu Efes” basketbol üzrə Türkiyə müntəzəm çempionatını lider bitirib. Avroliqada isə “Anadolu Efes” pley-ində “Vitrus”a məğlub olaraq mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43