Ölkə futbolu

“Sabah” akademiyasının bölgədəki uşaq seçiminə böyük maraq – FOTOLAR

 “Sabah” Futbol Akademiyasının “Azərlotereya”nın təşkilatçılığı ilə Tərtər rayonunda keçirilən seçimlərinə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, seçimlər Tərtərlə yanaşı, Ağcəbədi, Zaqatala, Ağsu, Naftalan, Bərdə, Yevlax və Goranboy rayonlarını əhatə edib. 2010-2015-ci il təvəllüdlü uşaqların iştirak etdiyi seleksiyaya maraq çox böyük olub.

Belə ki, seçimlərdə 600-dən çox azyaşlı iştirak edib, 22 uşaq seçimlərin növbəti – Bakı mərhələsində iştirak etmək hüququ qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43