İdman

Millimiz beynəlxalq turnirin qalibi oldu

Azərbaycanın mini-futbol üzrə milli komandası Monteneqronun paytaxtı Podqoritsada keçirilən beynəlxalq turnirin qalibi olub.

İdmanxeber.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığma həlledici oyunda son dünya çempionu Rumıniyaya 5:4 hesabı ilə qalib gəlib.

Komandamızın üzvlərindən ikisi fərdi mükafata layiq görülüb.

Vəli Qafarov turnirin ən yaxşı qapıçısı, Elvin Əlizadə ən yaxşı futbolçusu seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43