Dünya futbolu

Benzema yenidən “Real”ın bazasında

Kərim Benzema “Real”ın bazasında tibbi müayinədən keçəcək. 

İdmanxeber.az “Marca”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu əlavə müayinədən keçmək və zədədən sonra bərpa planını tənzimləmək üçün “Real”ın bazasına yollanıb. 

Amma o, bunu “Əl-İttihad”dan xəbərsiz etməyib. Belə ki, klublar arasında razılıq əldə edildiyi üçün “Real”ın bazasında olub.

Fransalı hücumçunun gələn həftə Səudiyyə Ərəbistanına qayıdacağı gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43