Ölkə futbolu

AFFA-dan “Qarabağ” və “Neftçi”yə pul cəzası

Bu gün AFFA Nizam – İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqanın XXIV turu çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” matçında  Ağdam təmsilçisinin  4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Səbail” – “Neftçi” matçında isə “ağ-qaralar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub eyni miqdarda cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43