Ölkə futbolu

AFFA təsdiqlədi: Gəncədə futbol akademiyası açılır

AFFA Tovuzdan sonra Gəncədə də futbol akademiyası açacaq. Bu barədəAFFA-nın baş katibi Elxan Məmmədov “Kəpəz TV”yə açıqlamasında məlumat verib.

Baş katib federasiya rəhbərliyinin artıq akademiya ilə bağlı tapşırıq verdiyini bildirib:

“Gəncədə də futbol akademiyasının yaradılmasına müvafiq tapşırıqlar verilib. Bununla bağlı bəzi hesabatlar hazırlayacağıq. Gəncədə hazırda neçə idman məktəbi fəaliyyət göstərir, stadion ərazisində infrastrukturu harada yerləşdirmək olar və bu kimi başqa məsələləri İcraiyyə Komitəsinin növbəti iclasında təqdim edəcəyik. AFFA rəhbərliyi bu tapşırığı verib və çalışacağıq ki, göstərişləri yerli icra hakimiyyəti ilə birgə qısa zamanda yerinə yetirək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43