16 Sentyabr 2024
Ölkə futbolu

AFFA Gənclər Liqasında bir oyun baş tutmadı

AFFA-nın bayrağı altında təşkil edilən Gənclər Liqasında II turun bir oyunu baş tutmayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb. Hesabat turunda yalnız UFA – “Kəpəz” matçı gerçəkləşməyib. Qarşılaşma ilə bağlı qərarı AFFA İntizam Komitəsi verəcək.

Gənclər Liqasında II turun nəticələri

“Neftçi” – “Sabah” – 0:3

Jighjigh Stephen Ende, 11, 18, Babamirzə Mehdiyev, 69

“Araz Naxçıvan” – “Qarabağ” – 1:0

Səbuhi Məmmədov, 45+1

“Qəbələ” – “Şamaxı” – 1:2

Tunar Mehdiyev, 70 – Anar Qarayev, 33, Nicat Xasıyev, 50

“Zirə” – “Sumqayıt” – 3:0

Nuran Muradlı, 52, Samin Həsənzadə, 76, Rauf Qafarov, 90

“Turan Tovuz” – “Səbail” – 0:1

Elnur Cəfərov, 7


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43