Kateqoriyasız

AFFA “Kəpəz”ə verdiyi cəzanı ləğv etdi

İntizam Komitəsinin 22 dekabr 2015-ci il tarixli iclasında Topaz Premyer Liqasının XVIII turunun “Kəpəz” – “Neftçi” matçı haqqında çıxardığı qərara yenidən baxılması üçün “Kəpəz” klubu Apellyasiya və Ekspert Komitəsinə mürəciət etmişdir.

Apellyasiya və Ekspert Komitəsi müraciəti araşdırdıqdan sonra məsələyə yenidən baxılması üçün İntizam Komitəsinə göndərmişdir.

İdmanxeber.com-un məlumatına görə, İntizam Komitəsi məsələyə yenidən baxaraq,  aşağıdakı qərarı qəbul etmişdir:

Oyun  gərgin mübarizə şəraitində keçdiyi və bu gərginlik oyun bitdikdən sonra hər iki klubun azarkeşlərinin davranışlarına sirayət etdiyi üçün azarkeşlər arasında qısamüddətli insident baş vermişdir. Lakin polisin operativ müdaxiləsi nəticəsində baş vermiş hadisə tez aradan qaldırılmışdır. Yuxarıda göstərilənlər və başa çatmış iki dövrənin yekununda “Kəpəz” klubunun ev oyunlarında oxşar hadisələrin yaşanmaması, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəzərə alınaraq, İntizam Komitəsinin ötən iclasında “Kəpəz” klubuna verilmiş cərimə ləğv olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43