Milli komanda

AFFA kisənin ağzını açdı: Rusiyanı məğlub et, 100 minə sahib ol!

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda millimizin qonağı olacaq Rusiya yığması futbolçularımıza yaxşı pul qazandıra bilər. Bunun üçün şimal qonşularımızın millimizə uduzması lazımdır.

Belə bir iddia ilə Rusiya mətbuatı çıxış edib.

“Sport-express”-in yaydığı xəbərə görə, Şimali İrlandiya üzərində qələbə qazanan milli komandamız, Rusiyanı 15-də keçiriləcək matçda məğlub etsə, hər bir yığma üzvü 100 min dollar pul mükafat alacaq. 

AFFA-nın vəd etdiyi bu pul mükafatı start heyətində yer alacaq futbolçulara şamil edilib. Meydana çıxmayacaq futbolçuların isə nə qədər premyaya sahib olacağı bəlli deyil. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43