Kateqoriyasız

AFFA Mətbuat Komitəsi yaratdı

Bu gün Bakı Olimpiya stadionunda “AFFA – elektron idman KİV-i: dəyirmi masa” adlı ikinci tədbir keçirilib.

İdmanxeber.com-un məlumatına görə, idman təmayüllü saytların nümayəndələrinin iştirak etdiyi tədbirdə yeni yaradılan Mətbuat Komitəsinin üzvləri müəyyənləşib. Proses açıq səsvermə yolu ilə həyata keçirilib.

Komitəyə İxtiyar Əsgərov (Apasport.az), Mahir Rüstəmli (Futbol+), Elçin Cəlilov (Futbolpress.az), Kənan Məstəliyev (Rekord.az), Vüqar Zeynalov (Azerisport.az) və İlqar Tağıyev (Het-Trik Nyus) seçilib. 

Komitə 6+1 üzvdən ibarət olacaq. Digər 1 üzv isə AFFA tərəfindən seçiləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43