Ölkə futbolu

AFFA-nın baş katibi: “Dnepr”ə baxanda, düşünürük ki, “Qarabağ” finalda olmalı idi”

"Avrokuboklar zamanı kimin güclü, kimin zəif olduğunu görəcəyik. Orada qeydə alınacaq nəticələr əsasında fikir yürütmək olar ki, bu çempionat əvvəlkilərdən zəif, və ya güclü olub. Avropada müsbət nəticə qazanmaq vacibdi. Keçən il nəticəmiz yaxşı oldu. “Qarabağ” Avropa Liqasının qrup mərhələsində iştirak etdi. “Dnepr”ə baxanda, düşünürük ki, “Qarabağ” finalda olmalı idi".

Bu sözləri idmanxeber.com-a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Qurum rəsmisi yeni mövsümdə də Premyer Liqada 10 komandanın çıxış edəcəyini bildirib:

"Bu, bizim arzumuzdu. Biz də 12 komandanın iştirakı ilə çempionat keçirmək istərdik. Amma 10 komandaya lisenziya verilib və məsələ demək olar, qapanıb".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43