Dünyadan

Ronaldo “Real”dan gedir?: 125 milyon avro təklif edildi

PSJ Madrid “Real”ının ulduz futbolçusu Kriştiano Ronaldonu almaqda qərarlıdı.

İdmanxeber.com-un məlumatına görə, Paris klubunun prezidenti Nasir Əl-XəLaifi portuqaliyalı futbolçuya görə 125 milyon avro təklif edə bilər.

Qətərdən olan biznesmen dünya ulduzunu PSJ-yə gətirmək üçün az qala bütün sərvətindən keçməyə hazırdı. Ronaldonun bu təklifə “yox” deyəcəyi gözlənilir. Çünki portuqlaiyalı futbolçunun “Real”la bağlı planları var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43