Dünya futbolu

“Çelsi”nin ən yaxşısı bəlli oldu

“Çelsi”də mövsümünün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, Koul Palmer “Zadəganlar”ın heyətində hamını üstələyib. O, azarkeşlər tərəfindən ən çox sevilən futbolçu olub.

Palmer bu mövsüm “Çelsi”də 45 oyun keçirib, 26 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43