Xorvatiya millisinin yarımmüdafiəçisi Nikola Vlaşiç zədələnib
İdmanxeber.az-ın məlumatına görə, “Torino”nun üzvü “Bolonya” ilə matçında (0:0) zədələnib. Futbolçunun sağalması üçün təxminən 2 ay vaxt lazım olacaq.
Vlaşiç bu mövsüm 33 oyuna çıxıb, 3 qol vurub və 2 qolun ötürməsini verib. O, Xorvatiya yığması ilə AVRO-2024-də çıxış edə bilməyəcək.