İdman

AFFA-nın cəzalandırdığı klublar

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı məlumata görə, İK 1-ci divizionun 20-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

1-ci divizionun 20-ci turunun “Xəzər” – “Turan” matçında “Xəzər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

1-ci divizionun 20-ci turunun “Zaqatala” – MOİK matçının 82-ci dəqiqəsində MOİK-in futbolçusu Yunis Muxtarlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyun cəzalanıb, klub 240 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43