Kateqoriyasız

AFFA-nın stadionunda qalmaqal: Namaz qıldıqları üçün işdən qovuldular

SOCAR və “Tekfen” şirkətinin birgə işlədiyi yeni olimpiya mərkəzində olay yaradacaq hadisə baş verib. Burada çalışan işçilər namaz qıldıqları üçün işdən çıxarılıblar. Məsələ ondadır ki, olimpiya mərkəzində çalışan namaz qılan işçilər bir yerdə namaz qılıb. Məhz buna görə də, onların hamısı işdən çıxardılıb.

Baş verənlərlə bağlı isə İslam Həmdəmov və Elşən Məmmədov adlı işçilər “İslamazeri.az” saytına açıqlama verərək faktı təsdiqləyiblər.

Olayla bağlı “Tekfen” şirkəti ilə əlaqə saxladıq. Açıqlama verən qurumun türkiyəli əməkdaşı Hüseyn adlı şəxs kiminsə namaz qıldığına görə işdən çıxarılmasının düzgün olmadığını söylədi: “Məgər insanları namaz qıldıqlarına görə işdənmi çıxarmaq olar? Biz heç kəsi namaza görə işdən uzaqlaşdırmamışıq. Yayılan məlumatlar həqiqəti əks etdirmir”. Xatırladaq ki, Hüseyn bəydən hansı vəzifə daşıdığına dair sual verməyimizə baxmayaraq o, bu barədə məlumat verməkdən imtina etdi. Fotodan da göründüyü kimi şəkildə işçilər tikinti sahəsində birlikdə namaz qılırlar və artıq bu gün işdən çıxarılanlar mətbuatla əlaqə saxlayaraq namaz qıldıqları üçün işdən qovulduqlarını deyiblər. Şirkət rəsmisinin açıqlaması isə  işçilər tərəfindən təkzib olunub.

Maraqlıdır, Tutaq ki, şirkət rəsmisinə inandıq. Bəs nə üçün şəkildə namaz qılan bütün işçilər məhz eyni gündə və namazdan sonra işdən azad olunub? Bax bu sual cavabsız qalır…

Burada bir maraqlı məqam da var. İş ondadır ki, fotoda namaz qılanların hamısı şiə təriqətinə aid olanlardır. Şirkət rəhbərliyi isə bu təriqətdən deyil. Güman olunur ki, işçilər də məhz şiə olduqları üçün – möhürlə namaz qıldıqlarına görə işdən qovulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43