İdman

AFFA “Qəbələ”, “Neftçi” və “Zirə”ni cəzalandırdı

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Azərbaycan Premyer Liqasının XVIII turunun “Zirə” – “Qəbələ” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 74-cü dəqiqəsində “Qəbələ” klubunun 5 №-li futbolçusu

Rasim Ramaldanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XVIII turunun “Neftçi” – “Sumqayıt” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43