Premyer Liqa

“Qarabağ”ın 350-ci səfəri

Azərbaycan Premyer Liqasının XVIII turunun “Kəpəz”lə oyunu “Qarabağ” üçün yubileylə əlamətdar olub.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubu ölkə çempionatlarında 350-ci səfər matçına çıxıb. 1:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun yetirmələri yubileyi 3 xalla qeyd edib. Ümumilikdə 711 matç keçirən “Qarabağ” rəqib meydanlarındakı 350 çempionat matçında hesabına 541 xal toplayıb. Əyalət klubu səfər matçlarının sayında yalnız “Neftçi”dən geri qalır. Paytaxt klubu rəqib meydanında 351 matç keçirib.

Qeyd edək ki,  “Qarabağ” ilk səfər oyununa 1992-ci il mayın 9-da çıxıb. Salyanda “Plastik”lə görüşən ağdamlılar 2:0 hesabı ilə qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43