Ölkə futbolu

Tovuzda qalib müəyyənləşmədi, “Qarabağ” “Neftçi”ni məğlub etdi – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk gündə 2 matç keçirilib. Əvvəlcə növbəti mövsümdə də Premyer Liqada qalacağı dəqiqləşən, hazırda 9-cu pillədə qərarlaşan “Kəpəz” 2-ci yerdəki “Sumqayıt”la heç-heçə edib – 1:1.

Turun mərkəzi matçında isə “Qarabağ” “Neftçi”ni qəbul edib. Çempionluğu rəsmiləşdirən Ağdam təmsilçisi 5:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun digər oyunları 5 və 6 may tarixlərində keçiriləcək.

4 may

19:30. “Qarabağ” – “Neftçi” – 5:0 

Qollar: Nəriman Axundzadə, 12, Toral Bayramov, 41, Leandro Andrade, 66, Nəriman Axundzadə, 77, Abdullah Zubir, 85

16:30.“Kəpəz” – “Sumqayıt” 1:1
Hakimlər
: Tural Qurbanov, Zohrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı

Tovuz şəhər stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43